...

Əgər sülhməramlılar funksiyalarını yerinə yetirə bilmirlərsə, fəaliyyətlərini dayandırsınlar - Siyavuş Novruzov

Siyasət Materials 29 Noyabr 2022 12:34 (UTC +04:00)
Əgər sülhməramlılar funksiyalarını yerinə yetirə bilmirlərsə, fəaliyyətlərini dayandırsınlar -  Siyavuş Novruzov

Bakı. Trend:

Milli Məclisin Regional komitəsi Rusiya Dövlət Dumasının Regional komitəsinə müraciət hazırlayıb.

Trend-in məlumatına görə, bunu komitənin sədri Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, onsuz da ermənilər tərəfindən Qərbi Azərbaycanda minlərlə toponimimizin adı dəyişdirilib.

“Belə olan halda sentyabr ayından bu yana Azərbaycan ərazisində müvəqqəti yerləşdirlən Rusiya sülhməramlılarının Azərbaycan toponimlərinin adını təhrif edərək, separatizmə dəstək verməsi düzgün deyil. Əgər sülhməramlılar funksiyalarını yerinə yetirə bilmirlərsə, fəaliyyətlərini dayandırsınlar. Bizə sülh yaradanlar lazımdır, separatçı deyil”, - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti