...

“Siyasi partiyalar haqqında” qanun layihəsi siyasi fəaliyyətlə məşğul olmaq istəyənlərin tələblərinə cavab verir - Siyavuş Novruzov

Siyasət Materials 29 Noyabr 2022 16:01 (UTC +04:00)
“Siyasi partiyalar haqqında” qanun layihəsi siyasi fəaliyyətlə məşğul olmaq istəyənlərin tələblərinə cavab verir - Siyavuş Novruzov
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

“Siyasi partiyalar haqqında” yeni qanun layihəsi gələcəkdə fəaliyyət göstərəmək istəyən bütün siyasi partiyalar üçün bərabər, azad, şəffaf şəkildə fəaliyyət istiqamətini ortaya qoyur. Konseptual baxımdan, bu qanun layihəsi siyasi fəaliyyətlə məşğul olmaq istəyən bütün insanlaırn tələblərinə cavab verir.

Trend xəbər verir ki, bunu deputat Siyavuş Novruzov parlamentin noyabrın 29-da keçirilən plenar iclasında “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin l oxunuşda müzakirəsi zamanı çıxışında deyib.

O qeyd edib ki, Azərbaycanda siyasi sistemin formalaşması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.

“Məhz onun hakimiyyətə gəlişindən sonra Azərbaycanda çoxpartiyalı sistem əsasında seçkilər keçirilib. Onun fəaliyyəti dövründə siyasi partiyaların hər biri üçün şərait yaradılıb. Prezident İlham Əliyevin fəaliyyəti dövründə də bu, daha geniş şəkildə inkişaf edir”, - deyə S.Novruzov bildirib.

O qeyd edib ki, əvvəlki qanun qəbul ediləndə Azərbaycanda siyasi partiyalar zərurətdən yox, dəbdən ötrü yaradılırdı.

“Biri partiya yaradanda adını ya qərbdən, ya da şərqdən götürürdü. Siyasi partiyanın mahiyyəti nədən ibarətdir, ortada heç nə yox idi. Bəziləri silahlı qüvvələr saxlayırdı, bəziləri dövlət çevrilişlərinə cəhdlərlə məşğul idi. Siyasi partiyanın funksiyası məhz bugünkü qanun layihəsində qoyulan tələblər əsasında deyil, özlərinin düşündüyü, bildiyi və arzuladığı istiqamətdə həyata keçirilirdi. Qanunun indiki kimi tam olması hər bir vətəndaşın, siyasi partiyanın qanun qarşısında bərabər olmasını ortya qoyur. Bu da vacib amillərdən biridir. Qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmələrlə bağlı dəvətə gəlməyən, iştirak etməyən, cəsarəti çatmayan siyasi partiya üzvləri idi. Cəsarətli siyasi partiya rəhbəri gələr, fikrini söyləyər, dinləmələrdə heç kimi "güllələmirdilər", "tutmurdular". Hamı üçün şərait yaradılmışdı. Qanun layihəsi gözəl hazırlanıb”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti