...

Fransa Milli Assambleyasının qətnaməsi Milli Məclisdə pislənildi: Budur sənin ədalətin?!

Siyasət Materials 2 Dekabr 2022 11:26 (UTC +04:00)
Fransa Milli Assambleyasının qətnaməsi Milli Məclisdə pislənildi: Budur sənin ədalətin?!
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Fransa Milli Assambleyasının noyabrın 30-da Azərbaycana qarşı qəbul etdiyi qərəzli, açıq- aşkar düşmən mövqeyi sərgiləyən qətnamə Milli Məclisin bu gün keçirilən iclasında pislənib.

Trend-in məlumatına görə, iclasda çıxış edən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib ki, Fransa hər zaman ikiüzlülük edib.

“Fransanın Milli Assambleyası yenə də riyakarlıq göstərərək Senatın qəbul etdiyi qətnaməni kopyaladı. Ermənilərin taleyindən narahatdırlar, bəs 30 ildir Azərbaycanın 1 milyona yaxın qaçqın və məcburi köçkünün taleyinə niyə biganə idilər?! Niyə qoymursunuz Ermənistan və Azərbaycan sülh danışıqlarını aparsın?! Azərbaycanı erməni tarixi abidələrini dağıtmaqda günahlandırırlar. Böhtandır, yalandır. Bu gün Afrikanın 14 ölkəsi Fransanın dövlət büdcəsinə vergi verir. Budur sənin ədalətin?! Bilin və agah olun. Həddinizi aşmayın Fransa Prezidenti və Fransa senatı!””, - deyə o qeyd edib.

Digər çıxışçılar da bildirib ki, Fransa bu cür qərəzli addımları ilə beynəlxalq səviyyədə şovnist ideyalar yayaır, separatçı və revanşist qüvvələri ruhlandırır. Bu absurd qətnamə Beynəlxalq hüquqa olan hörmətsizlikdir və Fransa regionda sülhün və sabitliyin bərqərar olmasına ciddi zərbə vurur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti