...

Qarabağ öz mədəni irsini bərpa etmək yolundadır - Assosiasiya rəhbəri

Siyasət Materials 7 Dekabr 2022 21:27 (UTC +04:00)
Qarabağ öz mədəni irsini bərpa etmək yolundadır - Assosiasiya rəhbəri
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Bütün xəbərlər

Füzuli. Trend:

Qarabağ bölgəsi öz mədəni irsinin bərpası yolundadır.

Bu barədə Trend-ə Rumıniya İncəsənət və İrs Assosiasiyasının prezidenti Nikoletta Zaqura "ICOMOS" nümayəndə heyətinin tərkibində Qarabağa səfəri zamanı deyib.

"Bu gün Qarabağda gördüyümüz dağıntılar şokedici mənzərədir. Mən başa düşə bilmirəm ki, şəhərlərin çiçəklənməsini necə pozmaq olar, çünki onlar hərbi obyekt deyil", - deyə N.Zaqura bildirib.

O qeyd edib ki, Qarabağda mədəni irsin bərpası ilə məşğul olan insanlar böyük işlər görürlər:

"Mən burada məscidin bərpası ilə məşğul olan rumıniyalı həmkarımla görüşdüm. Mən çox şadam ki, Rumıniyadan olan mütəxəssislərimiz Azərbaycanda işləyir və Qarabağ bölgəsinin bərpasına kömək edirlər", - deyə Assosiasiya prezidenti əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti