...

Ulu öndərin Azərbaycan tarixində və onun müstəqil bir dövlət kimi formalaşmasında əvəzsiz rolu var - Novruz Aslan (FOTO/VİDEO)

Siyasət Materials 11 Dekabr 2022 22:53 (UTC +04:00)
Ulu öndərin Azərbaycan tarixində və onun müstəqil bir dövlət kimi formalaşmasında əvəzsiz rolu var - Novruz Aslan (FOTO/VİDEO)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ulu öndərin Azərbaycan tarixində və onun müstəqil bir dövlət kimi formalaşmasında əvəzsiz rolu var. İstər keçən əsrin 60-cı illərində, istər müstəqilliyimiz dövründə Ulu öndərin rolu böyükdür və Azərbaycan xalqı onun hər bir zəhmətini, uzaqgörən siyasətini yüksək qiymətləndirir.

Bunu Trend BİA-nın “Sahil Kərimli ilə Aktual” müəllif layihəsinə açıqlamasında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Novruz Aslan deyib.

O qeyd edib ki, hər bir Azərbaycan vətəndaşı Ulu öndər Heydər Əliyevin fəaliyyəti haqqında saatlarla, günlərlə danışa bilər.

“Lakin mən Qızıl Aypara Cəmiyyətinin sədri kimi Heydər Əliyevin humanitar sahədə fəaliyyəti haqqında bir neçə söz deyim. 90-cı illərdəki vəziyyət hamıya məlumdur, Azərbaycan müharibə şəraitində idi, torpaqlarımızın 20 faizi işğal olunmuşdu. Heydər Əliyev ilk dəfə olaraq Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət etmişdi və bu müraciətə əsasən Azərbaycana ilk yardım gəldi. Ondan sonra Ulu öndər Qızıl Xaç və Qızıl Aypara hərəkatına müraciət etdi və 1994-cü ildə Heydər Əliyevin diqqəti, qayğısı və tövsiyəsi nəticəsində Milli Məclis Qızıl Aypara hərəkatı ilə bağlı xüsusi bir qərar qəbul etdi. Məhz bu qərarın əsasında Azərbaycan Qızıl Aypara Cəmiyyətini Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Federasiyasına qəbul etdilər və bu, bizə humanitar sahədə böyük bir yol açdı.

O zaman bilirsiniz, ölkəmizin iqtisadi vəziyyəti çox ağır idi və iqtisadiyyatımız hələ formalaşmamışdı. Ona görə də ölkəmizin beynəlxalq humanitar yardımlara ehtiyacı var idi. Yəni Ulu öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan Qızıl Aypara Cəmiyyəti beynəlxalq quruma tam bərabərhüquqlu üzv seçildi və bütün donorlar Azərbaycana axışdı. O zaman qaçqın və məcburi köçkünlərə böyük diqqət və qayğı oldu, onlarla bağlı müxtəlif proqramlar həyata keçirildi. Bu da bizim dövlətimizə böyük kömək idi”, - deyə o qeyd edib.

N.Aslan bildirib ki, Ulu öndərin uzaqgörən siyasəti Azərbaycanın bugünkü böyük uğurlarına gətirib çıxardı.

“44 günlük Vətən müharibəsində möhtəşəm qələbə nəticəsində torpaqlarımız işğaldan azad edildi, bu gün Qarabağda böyük quruculuq işləri aparılır. Heydər Əliyev bugünkü güclü Azərbaycanı görürdü. Heydər Əliyevin siyasəti ilə Prezident İlham Əliyevin fəaliyyəti bir-birinə bağlı olan məsələdir. Şuşa işğaldan azad edilən gün Prezident İlham Əliyev xalqa müraciət edərək bildirdi ki, “mən atamın vəsiyyətini yerinə yetirdim”. Ulu öndərimizin müqəddəsliyinə baxın ki, Şuşanın azad olunmasını vəsiyyət etmişdi. Bu bir daha onu göstərir ki, Ulu öndər ancaq Azərbaycan haqqında fikirləşib, Azərbaycanın müstəqilliyi, uğuru, qələbəsi haqqında fikirləşib və Heydər Əliyevin bu ideyalarını həyata keçirə biləcək yeganə şəxs təbii ki, Prezident İlham Əliyevdir. Bizim qələbəmiz, müstəqilliyimiz əbədidir, sarsılmazdır və Prezident İlham Əliyevin siyasəti nəticəsində belə də olacaq”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti