...

Regionda rifah və təhlükəsizliyə mühüm töhfələrimiz olacaq - Mövlud Çavuşoğlu

Siyasət Materials 13 Dekabr 2022 14:57 (UTC +04:00)
Regionda rifah və təhlükəsizliyə mühüm töhfələrimiz olacaq - Mövlud Çavuşoğlu
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində, həmçinin, iki, üç, dördtərəfli formatda əməkdaşlığımızı gücləndiririk.

Trend-in məlumatına görə, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Avazada Azərbaycan-Türkiyə-Türkmənistan XİN rəhbərlərinin iclasında çıxışı zamanı bildirib.

Nazir qeyd edib ki, ortaq dil, din, dəyərlər, tarix bizi bir-birimizə bağlayır.

"Sabah baş tutacaq Azərbaycan-Türkiyə-Türkmənistan Zirvə görüşündə energetika, iqtisadiyyat, kommunikasiya, ticarət, gömrük və digər sahələrdə bölgənin həyatına təsir edəcək effektiv addımlar atılacaq. Regionda rifah və təhlükəsizliyə də mühüm töhfələrimiz olacaq", - deyə M.Çavuşoğlu əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti