...

Bu gün hüquq-mühafizə orqanları arasında ən çox şikayət məhz məhkəmələrlə bağlı olur - Siyavuş Novruzov

Siyasət Materials 23 Dekabr 2022 12:06 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün hüquq-mühafizə orqanları arasında ən çox şikayət məhz məhkəmələrlə bağlı olur.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçiriln iclasında deyib.

O qeyd edib ki, bu gün Azərbaycanda fəaliyyət göstərən məhkəmələrin hər birinin üzərinə düşən işlərin sayı çoxdur. Məhkəmədə olan işlərin gecikməsi, həm də keyfiyyətə təsir etmə baxımından müəyyən problem var.

Bu gün hüquq mühafizə orqanları arasında ən çox şikayət məhz məhkəmələrlə bağlı olur.

O qeyd edib ki, bəziləri məhkəmənin əldalətsiz qərar verdiyini hesab edirlər: “Hər hansı səhv hərəkət olanda iş sonda məhkəməyə gedir. Ona görə də məhkəmə işlərinin ədalətli olub- olmaması önəmlidir. Çünki yekun qərarı məhkəmə verir. Əgər vətəndaşın narazılığı məhkəmədən olursa, deməli işin keyfiyyəti düzgün getmir”, - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti