Bakı. Trend:
Moskvada keçirilməli olan üçtərəfli görüşün növbəti raundunu Ermənistan tərəfi pozdu.
Trend-in məlumatına görə, bunu bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, ümumilikdə, keçirilən bu görüşlərdə əldə olunan proqress məhduddur.
“Bunun əsas səbəbi Ermənistan tərəfinin atdığı qeyri-konstruktiv addımıdır”, - deyə nazir bildirib.