Bakı. Trend:
Milli Məclisin payız sessiyası başa çatıb.
Trend-in məlumatına görə, bu gün Milli Məclisin payız sesiyasının son iclası keçirilib.
Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, Prezident İlham Əliyevin verdiyi tövsiyələrə uyğun olaraq parlamentin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində işlər bu dövrdə də davam edib. Sədr bildirib ki, payız sessiyası çərçivəsində Milli Məclisin 19 iclası keçirilib, 206 qanun və qərar qəbul edilib. Ümumilikdə bu il ərzində 37 plenar iclas keçirilib, 320 qanun və qərara baxılıb. Spiker bildirib ki, Milli Məclisdə 10 dinləmə keçirilib, böyük ictimai maraq doğuran qanun layihələri hərtərəfli müzakirə edilib, Milli Məclisin müxtəlif bəyanatları qərul edilib.
S.Qafarova bildirib ki, bu sessiya beynəlxalq əlaqələrin intensivliyi baxımından da səmərəli olub, deputatlar 59 ölkəyə 116 səfər edib.