Bakı. Trend:
Türkiyə və Azərbaycan Cənub-Şərqi Avropa ölkələrinin təbii qazda əlavə tələbatlarını hansı şəkildə qarşılaya bilinməsinə dair işlər aparır.
Trend-in məlumatına görə, bu barədə bu gün Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu İtaliya Baş nazirinin müavini, xarici işlər naziri Antonio Tayani ilə Ankarada birgə mətbuat konfransı zamanı deyib.
O qeyd edib ki, iki ölkə TAP və TANAP-ın ötürmə qabiliyyətinin artırılmasına çalışır.
“Azərbaycanın da xeyrinə olacaq şəkildə Türkmənistan qazının da bu sistemə bağlanmasını müzakirə edirik”, - deyə M.Çavuşoğlu bildirib.