...

Aİ-nin Ermənistan-Azərbaycan sərhədindəki missiyası rəsmi Bakının razılığı olmadan səmərəli olmayacaq - Lavrov

Siyasət Materials 18 Yanvar 2023 15:30 (UTC +04:00)

Bakı. Trend:

Avropa İttifaqının (Aİ) Ermənistan-Azərbaycan sərhədindəki missiyası Bakının razılığı olmadan göndərilərsə, səmərəli olmayacaq.

Trend-in məlumatına görə, bu barədə çərşənbə günü brifinqdə Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

Lavrov Azərbaycan-Ermənistan sərhədinə KTMT missiyası göndərməyə hazır olduqlarını təsdiqləyib, lakin Ermənistan tərəfin Aİ ilə razılaşmağa üstünlük verdiyini qeyd edib.

“Bu missiya rəsmi Bakının razılığı olmadan göndərilərsə, sərhəddə vəziyyəti möhkəmləndirmək əvəzinə, əks təsir göstərə bilər”, - Rusiya Xarici işlər naziri deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti