...

Rusiya XİN Ermənistanın Avropa İttifaqının xeyrinə seçim etdiyini bildirib

Siyasət Materials 26 Yanvar 2023 17:45 (UTC +04:00)
bildirir
Rusiya XİN Ermənistanın Avropa İttifaqının xeyrinə seçim etdiyini bildirib

Bakı. Trend:

Rusiya İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) missiyasının göndərilməsi istiqamətində fəaliyyətin məntiqi sonunu gözləmədən Avropa İttifaqının (Aİ) xeyrinə seçim etdiyini qeyd edir.

Trend-in məlumatına görə, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin məlumatında deyilib.

"Aİ "ekspert"ləri tərəfindən Ermənistan-Azərbaycan sərhəddindəki hadisələrin müşahidəsi heç bir "əlavə dəyər" kəsb etmir. Brüsseldə Cənubi Qafqazda sülhə həqiqətən maraqlı olsaydılar, missiyanın fəaliyyət şərtlərini Azərbaycanla razılaşdırardılar. ABŞ və NATO-ya əlavə olaraq formalaşan və MDB məkanında qarşıdurma siyasəti aparan Avropa İttifaqının nümayəndələrinin Ermənistanın sərhədyanı rayonlarında peyda olması regionda yalnız geosiyasi qarşıdurmanı artırmaqla mövcud ziddiyyətləri kəskinləşdirəcək", - məlumatda deyilir.

Rusiya XİN, həmçinin, Aİ-nin nəyin bahasına olursa-olsun Ermənistanda möhkəmlənmək, Rusiyanın vasitəçilik səylərini sıxışdırmaq cəhdləri ermənilərin və azərbaycanlıların regionun sülh şəraitində inkişafına geri qayıtmaq cəhdləri ilə bağlı köklü maraqlarına zərbə vura bilər.

"Hesab edirik ki, İrəvan KTMT missiyasının göndərilməsi istiqamətində fəaliyyətin məntiqi sonunu gözləmədən Aİ-nin xeyrinə seçim edib", - məlumatda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti