...

İran Tehrandakı səfirliyə hücumdan əvvəl Azərbaycana təxribat xarakterli “xəbərdarlıq” edib

Siyasət Materials 27 Yanvar 2023 23:11 (UTC +04:00)
İran Tehrandakı səfirliyə hücumdan əvvəl Azərbaycana təxribat xarakterli “xəbərdarlıq” edib

Bakı. Trend:

Bu gün səhər saatlarında Azərbaycanın Tehrandakı səfirliyinə basqın edilib, diplomatik missiyanın bir əməkdaşı həlak olub, ikisi yaralanıb.

Trend-in məlumatına görə, bu terror aktı İranda Azərbaycan əleyhinə kampaniyası səbəbindən münasibətlərin gərginləşməsi fonunda baş verib.

Hücumdan iki həftə əvvəl İran silahlı qüvvələrinin İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) briqada generalı Əlirza Tane Azərbaycana qarşı təhdid dolu açıqlamalar verərək, ölkənin İslam Respublikasına qarşı hər hansı addım atacağı təqdirdə Azərbaycanın “sərt cavab” alacağını qeyd edib.

"Azərbaycan Respublikası bilməlidir ki, İran İslam Respublikası regionun güclü ölkəsi kimi heç vaxt sərhədlərinin təhlükə altında olmasına imkan verməyəcək", - deyə o bildirib.

Ə.Tane əlavə edib ki, “İran və onunla qonşu regionlarını təhlükə altına almaq üçün istənilən addım İran ordusundan sərt cavab alacaq”.

Qeyd edək ki, bundan əvvəl SEPAH iki dəfə beynəlxalq standartlara zidd olaraq uşaq əsgərlərdən Azərbaycana qarşı təxribat aləti kimi istifadə etdikləri videolar yayıb.

Bundan əlavə, məlum olduğu kimi, bu gün Azərbaycan səfirliyində törədilən terror aktının günahkarı İran vətəndaşı Yasin Hüseynzadədir və onun İran xüsusi xidmət orqanları ilə, ilk növbədə SEPAH ilə əlaqəli olduğuna dair şübhələr var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti