...

İsveç Azərbaycanın Tehrandakı səfirliyinə hücumu pisləyib - XİN

Siyasət Materials 28 Yanvar 2023 00:29 (UTC +04:00)
İsveç Azərbaycanın Tehrandakı səfirliyinə hücumu pisləyib - XİN

Bakı. Trend:

İsveç Azərbaycanın Tehrandakı səfirliyinə hücumu pisləyib.

Trend-in məlumatına görə, bu barədə İsveç Xarici İşlər Nazirliyi öz "Twitter" səhifəsində yazıb.

"Həlak olanın ailəsinə başsağlığı verir, yaralananlara şəfa diləyirik. Diplomatik nümayəndəliklərə və şəxsi heyətə hücumlara heç vaxt barışmaq olmaz", - deyə qeyd olunub.

Xatırladaq ki, 27 yanavar Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub.

Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti