...

Bolqarıstan Azərbaycanın Tehrandakı səfirliyinə hücumu pisləyir - Rumen Radev

Siyasət Materials 28 Yanvar 2023 18:22 (UTC +04:00)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Bolqarıstan Azərbaycanın Tehrandakı səfirliyinə dünənki hücumu pisləyir, hər hansı belə hücumu qəbuledilməz hesab edir və dərin narahatlığa səbəb olduğunu düşünür.

Trend xəbər verir ki, bu barədə şənbə günü özünün "Twitter" səhifəsində Bolqarıstan Prezidenti Rumen Radev yazıb.

"Biz Prezident İlham Əliyevin hərtərəfli araşdırmaya çağırışını dəstəkləyirik və həlak olan şəxsin ailəsinə başsağlığı veririk", - deyə R.Radev bildirib.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti