...

İrandakı anti-Azərbaycan mühiti terror aktının baş verməsinə müəyyən rəvac verib - Xələf Xələfov

Siyasət Materials 29 Yanvar 2023 22:32 (UTC +04:00)
İrandakı anti-Azərbaycan mühiti terror aktının baş verməsinə müəyyən rəvac verib - Xələf Xələfov

Trend-i buradan izləyin

Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

İrandakı anti-Azərbaycan mühiti terror aktının baş verməsinə müəyyən rəvac verib.

Trend-in məlumatına görə, bunu yanvarın 29-da Heydər Əliyev Hava Limanında jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

“İran dövlətində hələ bu hadisə baş verməzdən əvvəl antiazərbaycan mühiti yaranmışdı. Həm mətbuatda, həm ictimaiyyətdə. Biz dəfələrlə İran tərəfini xəbərdar etmişdik ki, bu şəraitdə normal münasibət saxlamaq mümkün deyil, bu mühitdən çəkinmək lazımdır. Mən bu fikri söyləməkdən çəkinmirəm ki, o mühitin yaranması da bu terror aktının baş verməsinə müəyyən rəvac verib, - deyə o, əlavə edib.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Bu gün isə yerli vaxtla 22:00 radələrində Azərbaycanın İrandakı səfirliyinin əməkdaşlarını və səfirliyə hücum zamanı şəhid olan Orxan Əsgərovun cənazəsini gətirən təyyarə Bakıda Heydər Əliyev Hava Limanına eniş edib.

Ümumilikdə Tehrandan Bakıya 53 nəfər təxliyyə edilib

Xəbər lenti

Xəbər lenti