...

Azərbaycanla Finlandiya arasında statistika sahəsində əməkdaşlıq haqqında Memorandum təsdiqləndi

Siyasət Materials 1 Fevral 2023 17:47 (UTC +04:00)
Azərbaycanla Finlandiya arasında statistika sahəsində əməkdaşlıq haqqında Memorandum təsdiqləndi

Bakı. Trend:

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Finlandiya Statistika İdarəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Fərman imzalayıb.

Trend xəbər verir ki, Fərmanla 2022-ci il avqustun 5-də Bakı şəhərində və dekabrın 12-də Helsinki şəhərində imzalanmış “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Finlandiya Statistika İdarəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” təsdiq edilib.

- Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin edəcək.

- Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Finlandiya Respublikası Hökumətinə bildiriş göndərəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti