...

Azərbaycan özünə məxsus olan torpaqları geri qaytarıb - Lavrov

Siyasət Materials 2 Fevral 2023 13:20 (UTC +04:00)
Azərbaycan özünə məxsus olan torpaqları geri qaytarıb - Lavrov

Bakı. Trend:

Azərbaycan özünə məxsus olan torpaqları geri qaytarıb.

Trend-in məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Rossiya 24" telekanalına müsahibəsində deyib.

"Qarabağ müharibəsinin tarixi bundan on illərlə əvvələ gedir. Ermənistan Azərbaycanın torpaqlarını işğal etmişdi", - deyə nazir bildirib.

"Rusiya çoxlu sayda variantlar təklif etmişdi, lakin torpaqları geri qaytarmaq istəməyən öncəki Ermənistan hakimiyyəti buna heç də müsbət yanaşmırdı. Azərbaycan ona məxsus olan torpaqları geri qaytarıb" - S.Lavrov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti