...

Prezident İlham Əliyev Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsinin səlahiyyətini artırıb

Siyasət Materials 3 Fevral 2023 10:51 (UTC +04:00)
Prezident İlham Əliyev Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsinin səlahiyyətini artırıb

Bakı. Trend:

Prezident İlham Əliyev “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 13 nömrəli Protokolunu imzalamaq səlahiyyətinin verilməsi barədə sərəncam imzalayıb.

Trend-in məlumatına görə, sərəncama əsasən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 13 nömrəli Protokolunu Azərbaycan Respublikası adından imzalamaq səlahiyyəti Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin Nəcəf oğlu İsmayılova verilir.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən Protokolu Azərbaycan Respublikası adından imzalamaq səlahiyyətinin Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin Nəcəf oğlu İsmayılova verildiyi barədə Avropa Şurasının Baş katibinə bildiriş göndərsin.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti