...

Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan İşçi Qrupu yaradılıb (FOTO)

Siyasət Materials 3 Fevral 2023 15:35 (UTC +04:00)
Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan İşçi Qrupu yaradılıb (FOTO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Genişmiqyaslı plan yaşıl elektrik enerjisini Azərbaycan, Gürcüstan və Rumıniya vasitəsilə Macarıstana çatdıracaq iki mühüm məqsədə nail olmağa kömək edəcək.

Trend-in məlumatına görə, bu barədə Macarıstan XİN başçısı "Facebook"da bildirib.

O qeyd edib ki, bu sərmayə ilə biz bir tərəfdən enerji təhlükəsizliyimizi daha da yaxşılaşdıracaq, digər tərəfdən isə iqlimin qorunması hədəflərimizə çatmağa daha da yaxınlaşacağıq.

"Genişmiqyaslı plan yaşıl elektrik enerjisini Azərbaycan, Gürcüstan və Rumıniya vasitəsilə Macarıstana çatdıracaq iki mühüm məqsədə nail olmağa kömək edəcək. Bu sərmayə ilə biz bir tərəfdən enerji təhlükəsizliyimizi daha da yaxşılaşdıracaq, digər tərəfdən isə iqlimin qorunması hədəflərimizə çatmağa daha da yaxınlaşacağıq. Birgə sərmayə öz növbəsində unikaldır, çünki biz Qara dənizin altında dünyada ən uzun 1195 kilometrlik sualtı elektrik kabelini çəkəcəyik. Bu gün biz Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan İşçi Qrupunu yaratdıq və ona vahid texniki-iqtisadi əsaslandırmanın hazırlanması tapşırığı verdik",- deyə P.Siyarto bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti