...

Azərbaycan qardaş Türkiyəyə dərhal dəstək olan ilk ölkə oldu

Siyasət Materials 6 Fevral 2023 10:44 (UTC +04:00)
Azərbaycan qardaş Türkiyəyə dərhal dəstək olan ilk ölkə oldu
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Türkiyənin müxtəlif bölgələrində 7.4 bal gücündə zəlzələ olub.

Trend xəbər verir ki, indiyədək zəlzələ nəticəsində ölənlərin sayı 76 nəfəri keçib. 440 nəfər yaralı var.

Prezident İlham Əliyev hadisə ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

Fövqəladə Hallar Nazirliyindən isə bildirilib ki, Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin (FHN) xilas etmə qüvvələrindən ibarət heyətin Türkiyə yollanması barədə tapşırıq verib.

Xilasetmə qüvvələrindən ibarət heyət hazır vəziyyətə gətirilib. Onların yola düşməsi üçün hazırlıq işləri yekunlaşıb və yaxın saatlarda yola düşəcəklər.

Həmçinin ilkin yardım məqsədilə çadırlar, yataq dəstləri, tibbi ləvazimatlar və digər zəruri vasitələri hadisə yerinə çatdıracaq ikinci təyyarə də hazırlanır və ən qısa zamanda onun göndərilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti