...

Azərbaycan xalqının gücü nəyə çatırsa, yardım edir - Türkiyəli səfir

Siyasət Materials 8 Fevral 2023 16:33 (UTC +04:00)
Azərbaycan xalqının gücü nəyə çatırsa, yardım edir - Türkiyəli səfir
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Həqiqətən, Azərbaycan bir ürək olmuşdur. Azərbaycan xalqı gücü nəyə çatırsa, yardım edir. Yardım üçün çalışan insanların zəhməti sayəsində hazırda yük maşınları yola çıxıb. Həqiqətən, minnətdarıq.

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev fevralın 8-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində olarkən Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib.

"Bu gün Milli Məclisin sədri hörmətli Sahibə xanım, hörmətli Baş nazir Əli Əsədov və iqtisadiyyat naziri Mikayıl Cabbarov zəng etdilər. Sizin tapşırığınızla qurumlar istər daşıma, istərsə də generator, transformator, xəstəxana ləvazimatlarına ehtiyacla bağlı maraqlanırlar. Biz də onlarla koordinasiya şəraitində işləyirik", - deyə səfir qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti