Bakı. Trend:
Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva İtaliya və Cibutinin Parisdəki səfirləri ilə görüşüb.
Trend xəbər verir ki, bu barədə L.Abdullayeva Tvitterdə bildirib.
“Mən həmkarlarım – İtaliya səfiri Emmanuela Alessandro və Cibuti səfiri Ayed Museid Yəhyaya ikitərəfli və regional məsələlərdə səmərəli dialoqa görə təşəkkür edirəm”, – L.Abdullayeva bildirib.