Bakı. Trend:
Azərbaycanla Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə tarixi sənəddir.
Trend-in cümə günü verdiyi məlumata görə, bunu həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova deyib.
"Bu sənəddə ölkələr arasında münasibətlərin yeni keyfiyyəti, o cümlədən bütün sahələrdə əməkdaşlığın əsas istiqamətləri müəyyən edilib. Biz Bakı ilə birlikdə bu sənədin müddəalarının həyata keçirilməsi üzərində işləyirik. Bəyannamənin imzalanmasının ildönümü münasibəti ilə bir sıra tədbirlərin keçirilməsi planlaşdırılır”, - deyə o bildirib.