...

Prezident İlham Əliyev: Yeni geosiyasi şərait Azərbaycan üçün kommunikasiya layihələri ilə bağlı bəzi üstünlüklər yaradıb (VIDEO)

Siyasət Materials 18 Fevral 2023 20:47 (UTC +04:00)
Prezident İlham Əliyev: Yeni geosiyasi şərait Azərbaycan üçün kommunikasiya layihələri ilə bağlı bəzi üstünlüklər yaradıb (VIDEO)

Bakı. Trend:

Yeni geosiyasi şərait Azərbaycan üçün kommunikasiya layihələri ilə bağlı bəzi üstünlüklər yaradıb.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclasda çıxışında bildirib.

Dövlətimizin başçısı deyib: “Eyni zamanda, xüsusən kommunikasiya layihələri ilə bağlı bəzi üstünlüklər olub. Azərbaycan uzun illər boyu müasir nəqliyyat, logistika və infrastrukturun yaradılmasına sərmayə qoyub. İndi Azərbaycan ərazisindən keçməklə Mərkəzi Asiyadan Avropaya yükdaşımaların istiqamətinin dəyişdirilməsi əlavə imkanlar yaradır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti