...

ABŞ Azərbaycan və Ermənistan arasında sülh prosesində mühüm irəliləyiş olduğunu qeyd edib - Dövlət Departamenti

Siyasət Materials 19 Fevral 2023 03:55 (UTC +04:00)
ABŞ Azərbaycan və Ermənistan arasında sülh prosesində mühüm irəliləyiş olduğunu qeyd edib - Dövlət Departamenti

Bakı. Trend:

ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan və Ermənistanın sülh sazişinin imzalanması yolunda mühüm irəliləyiş əldə etdiyini qeyd edib.

Trend xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays deyib.

Onun sözlərinə görə, fevralın 18-də Münhendə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə A.Blinken son bir neçə ayda hər iki tərəfin sülh sazişi istiqamətində mühüm irəliləyiş əldə etdiyini və Aİ Pprezidenti Şarl Mişelin tərəfləri Brüsseldə qəbul etmək təklifini vurğulayıb.

N.Prays qeyd edib ki, ABŞ dövlət katibi tərəfləri regionda nəqliyyat marşrutlarının açılması üzərində işləməyə çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti