...

Prezident İlham Əliyev Münxendə real tarixi və hüquqi faktları ortaya qoydu - Aydın Quliyev

Siyasət Materials 20 Fevral 2023 12:26 (UTC +04:00)

Bakı. Trend:

2020-ci ildə Azərbaycan və Ermənistanın dövlət liderləri səviyyəsində ilk və yaddaqalan məşhur Münxen debatını müqayisə etmək üçün yeni oxşar hadisə baş verdi. Fevralın 18-də Prezident İlham Əliyevlə Paşinyan arasında bütün Münxen platformasının xüsusi maraqla gözlədiyi sayca 2-ci dabat baş tutdu. Ona görə xüsusi maraqlı hadisədir ki, bundan əvvəl 2020-ci ildə həmin məkanda baş tutmuş ilk debat yaddaşlarda dərin təəssürat oyatmışdı.Bu dəfə isə başlanğıcda Paşinyanın Prezident İlham Əliyevlə panel müzakirəsində iştirak etməyəcəyi barədə informasiya olsa da, sonradan erməni tərəfdən rəsmi izah verilmədən Paşinyanın debatda iştirak edəcəyi bildirildi. Fakta "qeyrətə boğulmaq" kimi qeyr -siyasi, lakin real şərh vermək mümkün olsa da, hər halda Paşinyanın öz xələfi Sarkisyandan fərqli olaraq Prezident İlham Əliyevlə açıq debata çıxmaqda azacıq cəsarətə sahib olduğunu da xüsusi qeyd etmək lazımdır. Məlumdur ki , 2018-ci ilə qədər Münxen çərçivəsində Sarkisyan Prezident İlham Əliyevlə debatdan yayınmışdı.

Münxendə 1-ci debatdan 2-ci debatadək...

Münxen təhlükəsizlik konfransında 2020-ci ildəki ilk və çox maraqlı debatın önəmli xüsusiyyəti tək o deyildi ki, ilk dəfə keçirilirdi. Həm də o idi ki, Ermənistan tərəf ilk dəfə belə formatda müzakirəyə razılıq vermişdi, eyni zamanda bu da fakt idi ki, debat Ermənistanın sahədə formal hərbi mövqe üstünlüyü şəraitində və psevdoqalib ovqatı altında keçirildi.Etiraf edək ki, bu sonuncu şərtlər çərçivəsində bizim Prezidentin bütün dünya qarşısında düşmənlə açıq debata getməsi kimlərəsə risqli görünsə də, Prezident İlham Əliyev debata getməklə həmin anlarda öz mövqeyinə ,arqumentlərinə ,haqlılığına misilsiz inam və cəsarət nümunəsi yaratdı.Zarafat deyil, sənin torpaqlarının 20 faizini 30 il müddətində əsarətdə saxlayalar, dünya bunun üçün təcavüzkara güldən ağır söz demıyə,abır-həya ölçülərini anlaşılmaz qırmızılıqla ayaqlayaraq dik gözümüzün içinə " vermirəm" söyləyə, təcavüzkar ölkə özü kimi "köpəklər sürüsü " ilə hövrləşərək " Qarabağ tarixən sizin olmayıb" deyə insanın cızdağını çıxardan həyasız bir mövqe ortaya qoya,Sən isə bütün bunları misilsiz təmkin və soyuqqanlıqla qarşılayaraq devata-döyüşə atılasan və düşməni şil-küt eliyəsən..Necə bir nümunədir? Tarixdə çoxmu olub və ya varmı belə nümunə ?!..

Bu xüsusiyyət Münxendə ilk Prezident İlham Əliyev -Paşinyan debatının tarixdə məhkəm qalmasına güclü təminat verən amildir.

hadisə təkcə Paşinyanın şil-küt olması ilə xarakterik olmadı .Həm də odur ki, Prezident İlham Əliyev 2020-ci ilin fevralında ilk debatda təqdim etdiyi konsepsiya ilə Azərbaycanın 7 aydan sonra başlayacağı qalibiyyətli Vətən savaşına bütün dünyanln gözündə etibarlı ideoloji müdafiə və təminat sistemi yaratdı.Bu debatdan sonra dünyada Azərbaycanın ədalətli və haqq müharibəsinə kimin bunu açıq etiraf edib etməməyindən asılı olmayaraq anlayış göstərməyən qalmadı.Qarabağ münaqişəsinin obyektiv tarixi kökləri,müasir hüquqi və siyasi aspektləri elə dəqiq və ardıcıl təsvir edildi ki, qaranlıq və şübhəli bir məqam qalmadı.Təkcə İlham Əliyevin tarixdən gətirdiyi faktları və Paşinyanın dırnaqarası " faktlarını " müqayisə etmək yetər.Prezident İlham Əliyev real tarixi və hüquqi faktları ortaya qoyduğu halda ,Paşinyan uydurma tarixin dərinliklərinə elə səriştəsiz baş vurdu ki, mifik " böyük Tiqran dövlətinin " olmayan xarabalıqları arasında özü də itib batdı.Hələ də yaddaşlardadır ki, o zaman erməni ekspertlərinin özləri də qədim Roma və mifik " Tiqran dövləti " ilə bağlı dediklərini Paşinyana irad tutdular ki, yersiz müqayisədir, bu yersizlik Roma qədər qədim tarixləri olmayan bu günkü həmsədr ölkələrin özlərinin də xoşuna gəlməyəcək...Həqiqətən də Paşinyanın apardığı tarix paralelləri uğursuz oldu.Belə ki, həqiqətən də ABŞ, Rusiya və Fransanın Roma qədər qədim tarixləri yoxdur, real ABŞ,Rusiya və Fransa dövlətçiliyini isə mifik " Tiqran dövləti " ilə müqayisə etmək ağılsızlıqdır.

Tam əsaslarla demək olar ki, Vətən müharibəsində Zəfərimiz müharibədən 7 ay əvvəl Münxen konfransında Prezident İlham Əliyevin Paşinyan üzərində dağıdıcı debat qələbəsindən başladı.Çünki bu debat dünyada rəy yaratdı ki, Azərbaycanın çox şeyə,hətta torpaqları naminə ədalətli müharibəyə də haqqı var...

2-ci Münxen debatı-Azərbaycanın istədiyi budur, bəs Ermənistan nə istəyir?!....

Təbii ki , Ermənistanın da müharibədən sonra istədikləri var.Bunlar Azərbaycanın istədiklərinin əksi olanlardı.Anti sülh,anti sabitlik,anti təhlükəsizlik-Ermənistanın mövqeyi ilə bağlı 2-ci Münxen debatının yekun deklorativ tezisi bu oldu.

Bizim prezident Münxen platforması üzərindən dünyaya hansı mesajları verdi?

1.Prezident İlham Əliyev müharibədən sonra regionumuzda təhlükəsizlik strategiyasının " ikivektorlu yanaşmadan " asılı olduğunu çox aydın ifadə etdi.Bunlar Azərbaycan-Ermənistan danışıqları və Azərbaycanla Qarabağın erməni əhalisi arasında danışıqlar vektorudur.Proseslərin bu 2 vektor üzrə qurulması bir tərəfdən həqiqətən məqsədyönlü və nəticəli danışıqlar üçün zəruru mühiti təmin edə bilər, digər tərəfdən isə Ermənistanın çox pozucu sayılan bir tezisini gündəmdən möhkəm çıxdaş etmiş olar.Belə ki, Ermənistanın diplomatik -siyasi çevrələrində danışıqlar üçün çox fantastik və qəti real olmayan belə bir ideya dolaşır:""Azərbaycan-Ermənistan normallaşması və Dağlıq Qarabağla bağlı danışıqlar birlikdə, ya ayrı-ayrılıqda aparılsın".Ermənistan məsələnin bu çərçivədə qoyuluşu ilə Dağlıq Qarabağ ərazisindən kənarda Azərbaycanın ərazi bütövlüyünü guya rəsmən tanıdığını da bəyan edir.Fikir manevrləri arasında nə qədər ört-basdır etməyə və flrlatmağa çalışsalar da , ermənilərin postmüharibə strategiyasının ana xətti bundan ibarətdir.Çünki məhz məsələni bu şəkildə qoyduqda onlar həm müharibədən sonrakı reallıqların tanınmasından yan keçə bilir,həm sülh prosesini uzada bilir,həm də vaxt udmağa çalışırlar.İlham Əliyevin " iki vektor" ideyası Ermənistanın postmüharibə " ana strategiyasını " alt-üst edir.Dəqiq desək, İlham Əliyev keçmiş Dağlıq Qarabağ üzrə ayrıca danışıqlar paneli yaratmaq strategiyasının mənasızlığını həm Ermənistana , həm də beynəlxalq maraqlı tərəflərə açıq bəyan etdi.Başa saldı ki, postmüharibə problemlərinin " 2 vektor çərçivəsindən " kənarda həlli yoxdur.

Münxen debatında dünyaya verilən 2-ci mühüm mesaj regional kommunikasiyaların açılması ilə bağlıdlr. Prezident İlham Əliyev əslində konkret təkliflə regional komunikasiyalar haqda təsəvvürləri daha da zənginləşdirdi və ya tamamladı .Tklifin mahiyyəti sadə, lakin çox effektlidir-Zəngəzur dəhlizinin hər iki başında və Ermənistanla Laçının arasında nəzarət -buraxılış məntəqələrinin yaradılması.Təklif o qədər praktikdir ki, onunla hər hansı mübahisəni açmaq heç bir məntiqə sığmaz.Söhbət bir dövlətdən diğərinə keçiddən gedirsə , köhnə terminlə desək, " KPP"-lər niyə də olmamalıdır?!..Məhz təklifin praktiklik dərəcəsinin təsirindəndir ki, Blinkenin yanında verilmiş bu təklifə Paşinyanın özünün də heç bir əks mövqe qoymadığını ,lakin maraqla qarşıladığını Prezidentimiz media qarşısında açıq eyhamla ifadə etdi ...

Prezident İlham Əliyevin dünyaya 3-cü mesajı sülh saziş mətninə münasibətdə obyektiv, qərəzsiz, çox da iddialı olmayan və qarşı tərəfin real hərəkətlərini nəzərə almaqla konstruktivliyin əsas tutulmasıdır.Prezident Ermənistanın təqdim etdiyi və hazırda incələnməkdə olan saziş mətnində qənaətləndirici olmasa da, müəyyən tərəqqinin olduğunu xüsusi vurğu ilə deməyi unutmadı.Yəni, burada Azərbaycanın hər bir mütərəqqi tərpənişə analoji cavab vermək iradəsi nümayiş olundu.Prezident Əliyevin Dağlıq Qarabağ ifadəsini daxil etməmək şərti ilə sazişin beynəlxalq norma və prinsiplər əsasında hazırlanması mövqeyini ifadə etməsi qarşı tərəflər üçün yenilik olmasa da , bir daha göstərdi ki, Azərbaycanın siyasəti ardıcıl ,prinsipial və dönməzdir...
Bu tezislərin " Dağları aşmaq?" kimi poetik ifadə altında keçən paneldə səsləndirilməsi regional sülhün "Dağların arxasında" yox, gözlə görünən real siyasət tezislərində, ilk növbədə " 2 vektorda" olduğunu aydın göstərdi.

Beləliklə, Münxen panel müzakirələrində Azərbaycan prezidentinin yanaşmaları "Regional sülh formuluna" doğru dəqiq istiqamət götürmək üçün əla bələdçilik gücü nümayiş etdirdi.

Əgər 1-ci Prezident İlham Əliyev-Paşinyan debatı 7 ay öncədən Vətən Müharibəsinə ideoloji müdafiə sistemi qurmuşdusa, 2-ci debat ondan az məna kəsb etməyən perspektivə təminat yolu açdı-Sülh sazişinə və sərhəd mübahisəsinin həllinə Prezident İlham Əliyevin " Sülh Formulu" ilə getmək mümkün yolların ən qısası və ən rahatıdır...

Aydın Quliyev,
"Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert

Xəbər lenti

Xəbər lenti