...

Prezident İlham Əliyevə bizə bu cür imkan yaratdığı üçün təşəkkür edirik - Tunisin səhiyyə naziri

Siyasət Materials 2 Mart 2023 16:09 (UTC +04:00)
Prezident İlham Əliyevə bizə bu cür imkan yaratdığı üçün təşəkkür edirik - Tunisin səhiyyə naziri
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyevə bizə bu cür imkan yaratdığı üçün təşəkkür edirik.

Trend-in məlumatına görə, bunu Tunisin səhiyyə naziri Ali Mrabet Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə çıxışı zamanı deyib.

“Qoşulmama Hərəkatı üzləşdiyimiz problemlərin müzakirəsi və həll yolu tapılması istiqamətində əlverişli platformadır. Prezident İlham Əliyevə bizə bu cür imkan yaratdığı üçün təşəkkür edirik”, - deyə o əlavə edib.

Qyed edək ki, bu gün Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirilir.

Zirvə görüşünə 70-ə yaxın ölkənin dövlət və hökumət başçıları, 5 ölkənin, o cümlədən, Bosniya və Herseqovina, Türkmənistan, Özbəkistan, İraq, Liviyanın prezidentləri, üç ölkənin - Kuba, Qabon, Tanzaniyanın Vitse-prezidentləri, Əlcəzair və Keniyanın Baş nazirləri, müxtəlif ölkələrin yüksək səviyyəli nümayəndələri, həmçinin Dünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili, Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Baş direktoru Antonio Vitorino, BMT-nin Cenevrədəki bölməsinin baş direktoru Tatyana Valovaya, İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Xusrav Noziri və digərləri, eyni zamanda, nazirlər, nazir müavinləri, səfirlər və s. qatılıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti