...

Azərbaycan müsəlman aləmində də mühüm rola malikdir - Pakistan Müsəlman İnstitutu Düşüncə Mərkəzinin rəhbəri (ÖZƏL)

Siyasət Materials 15 Mart 2023 12:08 (UTC +04:00)
Azərbaycan müsəlman aləmində də mühüm rola malikdir - Pakistan Müsəlman İnstitutu Düşüncə Mərkəzinin rəhbəri (ÖZƏL)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan təkcə regionda, qlobal arenada yox, həm də müsəlman aləmində də mühüm rola malikdir.

Bu barədə Trend-ə özəl açıqlamasında Pakistan Müsəlman İnstitutu Düşüncə Mərkəzinin sədri Sultan Əhməd Sahibzadə deyib.

O qeyd edib ki, hər bir dində başqa bir dinə, onun dəyərlərinə, müqəddəs yerlərinə hörmət aşılanır:

“Lakin Ermənistan Azərbaycan torpaqlarını 30 il işğal altında saxladığı dövr ərzində vandallıq aktları törədib. Mən Şuşada, Füzulidə və işğaldan azad edilən digər ərazilərdə də olmuşam. Gördüyüm dağıntılar qarşısında şok keçirdim. Başa düşə bilmirəm ki, niyə məscid dağıdılsın? Məscid insanların öz tanrıları ilə ünsiyyət saxladığı müqəddəs bir məkandır. Qarabağda ermənilər məscidləri dağıdıb, orada heyvan saxlayıb. Bunu anlamaq çox çətindir. Beynəlxalq ictimaiyyət buna reaksiya verməlidir”, - deyə o əlavə edib.

Xatırladaq ki, martın 15-16-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və G20 Dinlərarası Dialoq Forumu İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününə həsr olunan “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirilir.

Konfransın əsas məqsədi beynəlxalq və milli səviyyədə müsəlmanları və əhalisi müsəlman olan ölkələri hədəf alan həyəcanverici tendensiyaları müzakirə etmək üçün akademik platforma yaratmaqdır. Konfransda 32 ölkədən alimlər, beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edir, islamofobiya ilə mübarizədə fərqli yanaşma, Avropanın bəzi ölkələrində islamofobiyanın təzahürləri, dünya mediasında islamofobiya mövzularında müzakirələr aparırlar.

Qeyd edək ki, 15 mart tarixinin İslamofobiya ilə Mübarizə Günü olması ilk dəfə 2020-ci il noyabrın 27-28-də İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Niger Respublikasının Niamey şəhərindəki toplantısında elan edilib. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 2022-ci ildə 15 mart tarixini İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü kimi qəbul edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti