...

İsrailə Azərbaycanın mövqeyini dəstəklədiyi üçün minnətdarıq - Nazir

Siyasət Materials 29 Mart 2023 12:22 (UTC +04:00)
İsrailə Azərbaycanın mövqeyini dəstəklədiyi üçün minnətdarıq - Nazir
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

İsrail İkinci Qarabağ Müharibəsində Azərbaycanın mövqeyini dəstəklədi.

Trend-in məlumatına görə, bunu bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov israilli həmkarı Eli Kohenlə görüşdən sonra mətbuata bəyanatla çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında olduğu 30 il ərzində İsrail Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstək verib.

“İsrailə Azərbaycanın mövqeyini dəstəklədiyi üçün minnətdarıq. Müharibədə Azərbaycanın müdafiəsi üçün qəhrəmanlıq göstərərək həlak olanlar arasında yəhudi əsilli azərbaycanlılar da vardı”, - deyə C.Bayramov əlavə edib.

Qeyd edək ki, 28 mart 2023-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov İsrail və Fələstinə rəsmi səfərə gedib.

Səfər çərçivəsində 29-30 mart tarixlərində nazir Ceyhun Bayramovun hər iki ölkənin yüksək səviyyəli nümayəndələri ilə görüşlərinin keçirilməsi, habelə Azərbaycan Respublikasının İsrail Dövlətindəki Səfirliyinin açılış mərasimində iştirakı nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti