...

ABŞ Dövlət katibinin köməkçisi Azərbaycana gəlib

Siyasət Materials 29 Mart 2023 14:14 (UTC +04:00)
ABŞ Dövlət katibinin köməkçisi Azərbaycana gəlib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin Bakıdakı səfirliyi Azərbaycanda səfərdə olan və ABŞ-nin kollektiv qlobal çağırışların həllində çoxtərəfli əməkdaşlığa sadiqliyini müzakirə etmək məqsədilə dövlət rəsmiləri ilə görüşlər planlaşdıran ABŞ Dövlət katibinin beynəlxalq təşkilatlar üzrə köməkçisi Mişel Sisonu salamlamaqdan məmnundur.

Bu barədə Trend-ə ABŞ səfirliyindən bildirilib.

Azərbaycanda olarkən Dövlət katibinin köməkçisi cari və potensial çoxtərəfli əməkdaşlığın sahələrini nəzərdən keçirəcək. Buraya “Dayanıqlı İnkişaf Məqsədlərinə” nail olmaq konteksti və iqlim dəyişikliyi, ərzaq təhlükəsizliyi və qlobal səhiyyə təhlükəsizliyi daxil olmaqla, transmilli problemlərin həlli kimi məsələlər də daxildir. Dövlət katibinin köməkçisi Sison həmçinin Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru vəzifəsinə ABŞ tərəfindən namizədliyi irəli sürünən Emi Pope üçün təbliğat aparacaq.

Dövlət katibinin köməkçisi Sison ABŞ Dövlət Departamentinin Beynəlxalq Təşkilat İşləri Bürosuna rəhbərlik edir. Altı diplomatik missiyası (Cenevrə, Monreal, Nayrobi, Nyu-York, Roma və Vyana) olan büro Birləşmiş Millətlər Təşkilatında və digər çoxsahəli təşkilatların geniş spektrində ABŞ siyasətini hazırlayır və həyata keçirir. Təşkilatın əsas missiyası daha effektiv və səmərəli BMT və çoxtərəfli sistem vasitəsilə ABŞ-nin maraqlarını inkişaf etdirmək üçün bir vasitə kimi çoxtərəfli diplomatiyadan istifadə etməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti