...

İran parlamentinin bəyanatı göstərir ki, bu ölkənin Azərbaycana qarşı siyasəti terror yönündə inkişaf edir

Siyasət Materials 5 Aprel 2023 19:22 (UTC +04:00)
İran parlamentinin bəyanatı göstərir ki, bu ölkənin Azərbaycana qarşı siyasəti terror yönündə inkişaf edir
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

İran parlamenti İsraildə səfirlik açılması ilə əlaqədar Azərbaycana qarşı bəyanat qəbul edib. Bəyanatda bildirilir ki, Azərbaycan Respublikasının dövlət xadimlərinin bu hərəkətinin onlara qarşı bir çox mənfi siyasi nəticələri olacaq. Görünür, İran parlamentariləri yaddan çıxarır ki, Azərbaycan müstəqil dövlətdir və öz apardığı daxili və xarici siyasətini özü müəyyənləşdirir.

Bunu Trend-ə Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

O bildirib ki, hər hansı bir ölkənin Azərbaycanın daxili və ya xarici siyasətinə müdaxilə etmək hüququ çatmır.

“Bu, Azərbaycan dövlətinin səlahiyyətində olan bir məsələdir. Azərbaycan-İran münasibətlərində gərginlik uzun müddət idi ki, müşahidə olunurdu və lakin Azərbaycanın Vətən müharibəsində Zəfərindən sonra İranın düşmənçilik siyasətini açıq-aşkar gördük. Azərbaycan qonşu İrana hər zaman dost əli uzadıb və diplomatik münasibətlərin normallaşması istiqamətində tədbirlər görüb. Lakin İran parlamentinin belə bir bəyanat qəbul etməsi bir daha onu göstərir ki, İranın Azərbaycana qarşı siyasəti getdicə daha da radikallaşır və terror yönündə inkişaf edir. Azərbaycanın İrandakı səfirliyinə terror hücumunun şahidi olduq. Həmçinin, həmkarımız Fazil Mustafaya qarşı törədilən terror aktında da İran izi görsənir.

Ancaq İran bilməlidir ki, Azərbaycan nüfuzlu, qüdrətli bir ölkədir və Azərbaycanla belə dildə danışmaq olmaz. Azərbaycanda güclü xalq-iqtidar birliyi və sabitlik mövcuddur. Bu sabitliyi heç bir qüvvə poza bilməz. Ölkəmiz hər hansı bir təhdidin qarşısını almağa qadirdir”, - deyə deputat əlavə edib.

S.Hüseynova bildirib ki, din məsələsinə qalınca, 30 il ərzində Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərində dini abidələrə qarşı vandallıq törədib, 65 məscidi dağıdıb, məscidlərdə donuz saxlayaraq təhqir edib. Lakin buna baxmayaraq, İslam dövləti olan İran Ermənistana hər zaman yardım edib, dəstək göstərib və bu gün də biz bu dəstəyi görməkdəyik”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti