...

Bosniya və Herseqovinanın Bakıda səfirliyini açmaq qərarına gəlmişik - Jelka Tsviyanoviç

Siyasət Materials 13 Aprel 2023 17:39 (UTC +04:00)
Bosniya və Herseqovinanın Bakıda səfirliyini açmaq qərarına gəlmişik - Jelka Tsviyanoviç

Bakı. Trend:

Çox şadıq ki, Azərbaycan artıq Bosniya və Herseqovinada səfirliyini açmışdır və mən məmnuniyyətlə qeyd edə bilərəm ki, biz də ölkəmizin Bakıda səfirliyini açmaq qərarına gəlmişik.

Trend xəbər verir ki, bunu Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç aprelin 13-də Sarayevoda Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında deyib.

"Biz bunu həyata keçirəcəyik və bu məsələ ilə bağlı da cənab Prezidentə məlumat vermək istəyirəm ki, biz hər üç üzv yekdil qərar verdik ki, Bakıda səfirliyin açılması vacibdir. Bununla bağlı təlimatlarımızı artıq Xarici İşlər Nazirliyinə vermişik və əminəm ki, səfirliyimiz açılan kimi onun bəhrəsini görəcəyik", - deyə o, qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti