...

Sülh sazişinin imzalanmasının uzadılması Ermənistanın regionda başqa maraqlarının olduğunu göstərir - Türkiyə PA

Siyasət Materials 17 Aprel 2023 10:14 (UTC +04:00)
Sülh sazişinin imzalanmasının uzadılması Ermənistanın regionda başqa maraqlarının olduğunu göstərir - Türkiyə PA

Bakı. Trend:

Ermənistanın Azərbaycanla sülh sazişinin imzalanması prosesini uzatması bu ölkə hakimiyyətinin regionda başqa maraqlarının olduğunu göstərir.

Trend-in məlumatına görə, bunu TurkicWorld-a Türkiyə Prezident Administrasiyasından (PA) bildiriblər.

Administrasiyadan o da bildirilib ki, Azərbaycanın maraqları regionda sülh və stabilliyə xidmət edir.

“Rəsmi Bakı, regionun inkişaf etməsində maraqlıdır və bu 44 günlük Vətən müharibəsindən sonra, Azərbacanın bölgədə apardığı quruculuq işlərindən açıq şəkildə görünməkdədir”-deyə Türkiyə PA-dan bildiriblər.

PA-dan o da qeyd olunub ki, Ermənistan Azərbaycan ilə sülh müqaviləsini tezliklə imzalamalıdır.

Qeyd olunub ki, hər zaman olduğu kimi Türkiyə indi də bütün məsələlərdə Azərbaycanın yanındadır və Ankara-Bakı qardaşlığı sarsılmazdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti