...

Azərbaycan heç zaman Fransa ilə münasibələrin gərginləşməsinə səbəbkar olmayıb - Nazir

Siyasət Materials 27 Aprel 2023 13:49 (UTC +04:00)
Azərbaycan heç zaman Fransa ilə münasibələrin gərginləşməsinə səbəbkar olmayıb - Nazir
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan heç zaman Fransa ilə münasibələrin gərginləşməsinə səbəbkar olmayıb. Hətta münasibətlər gərgin olan zaman Azərbaycan təmaslardan çəkinməyib.

Trend-in məlumatına görə, bunu bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Fransanın xarici işlər naziri Ketrin Kolonnanın iştirakı ilə keçirilən mətbuat konfransında deyib.

"Fransalı həmkarımla görüşdə regional məsələlər və digər məsələlər ətrafında fikir mübadiləsi oldu. Uzun illər ərzində Azərbaycan-Fransa münasibətləri dinamik inkişaf edib və uğurlu bir əməkdaşlıq kimi səciyyələndirilə bilər", - C.Bayramov qeyd edib.

Xatırladaq ki, Fransanın xarici işlər naziri Ketrin Kolonna 26 aprel tarixində Azərbaycana rəsmi səfərə gəlib. Fransalı nazir Azərbaycandan sonra Ermənistana və Gürcüstana gedəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti