...

CHP sədri Atatürk Hava Limanını Amerikaya hədiyyə etmək istəyir - Ərdoğan

Siyasət Materials 8 May 2023 17:49 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu Atatürk Hava Limanını Amerikaya hədiyyə etmək istəyir.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədirnə vilayətində təşkil edilən seçki mitinqində çıxışı zamanı bildirib.

Prezident onu da qeyd edib ki, türk xalqı 14 mayda keçiriləcək prezident və parlament seçkilərinin nəticəsi ilə terrorçularla əməkdaşlıq edənlərə lazımi cavabı verəcək.

Qeyd edək ki, Türkiyədə Prezident və parlament seçkiləri 14 may 2023-cü il tarixində keçiriləcək. Türkiyə prezidenti və AK Partiyanın rəhbəri Rəcəb Tayyib Ərdoğan, Memleket Partiyasının rəhbəri və 2018-ci ildə Cumhuriyyet Xalq Partiyasının rəhbər namizədi Muharrem İnce, Ata İttifaqının namizədi Sinan Oğan və CHP sədri Kamal Kılıçdaroğlunun namizədliyi təsdiqlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti