...

Baş nazir Əli Əsədov Misir parlamentinin Nümayəndələr Palatasının sədri ilə görüşüb

Siyasət Materials 16 May 2023 19:46 (UTC +04:00)
Baş nazir Əli Əsədov Misir parlamentinin Nümayəndələr Palatasının sədri ilə görüşüb

Bakı. Trend:

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 16-da ölkəmizdə səfərdə olan Misir Ərəb Respublikası parlamentinin Nümayəndələr Palatasının sədri Hanafi Gibali ilə görüşüb.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, görüşdə Bakıda keçirilən Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan xüsusi iclasında Misirin yüksək səviyyəli nümayəndə heyətinin iştirak etməsindən məmnunluq ifadə edildi.

Azərbaycanla Misir arasında əlaqələrin hazırkı inkişaf səviyyəsi yüksək qiymətləndirildi.

Misir Ərəb Respublikası prezidentinin cari ilin yanvar ayında ölkəmizə baş tutmuş səfəri xatırlanaraq iki ölkə arasında münasibətlərin inkişafında dövlət başçılarının mühüm rolu vurğulandı.

Görüşdə həmçinin Azərbaycan-Misir qarşılıqlı faydalı əməkdaşlığının müxtəlif istiqamətlərdə genişləndirilməsi perspektivləri müzakirə olundu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti