Bakı. Trend:
Ermənistanın baş naziri Nikol Paşinyan yenə də beynəlxalq platformada qəbul etdi ki, Qarabağ Azərbaycandır.
Trend xəbər verir ki, Reykyavikdə Avropa Şurasına üzv ölkələrin dövlət və hökumət başçılarının Zirvə Görüşündə o, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirib.
O xatırladıb ki, bundan əvvəl Ermənistan və Azərbaycan Fransa
prezidenti Emmanuel Makronun və Aİ Şurasının prezidenti Şarl
Mişelin vasitəçiliyi ilə Almatı bəyannaməsi əsasında münasibətlərin
normallaşması barədə razılığa gəlib.
"Üç gün öncə Aİ Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə
irəliyə doğru addım ataraq Ermənistanın Azərbaycanın 86 600 kv km
ərazisini, Azərbaycanın isə Ermənistanın 29,800 kv km ərazisini
tanıdığını vurğuladıq", - deyə Ermənistanın baş naziri qeyd
edib.