...

Türkiyənin Hür Dava Partiyasının terror təşkilatları ilə heç bir əlaqəsi yoxdur - Süleyman Soylu

Siyasət Materials 22 May 2023 11:06 (UTC +04:00)
Türkiyənin Hür Dava Partiyasının terror təşkilatları ilə heç bir əlaqəsi yoxdur - Süleyman Soylu

Bakı. Trend:

Türkiyənin Hür Dava Partiyasının (HÜDA PAR) terror təşkilatları ilə heç bir əlaqəsi yoxdur.

Trend-in TurkicWorld-a istinadən məlumatına görə, bu sözləri Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu jurnalistlərə açıqlamasında deyib.

"Türkiyənin müxalifət Cümhuriyyət Xalq Partiyası (CHP) PKK terror təşkilatını və HDP-ni qanuniləşdirməyə çalışaraq HÜDA PAR-ın terrorçularla əlaqəsi olduğunu iddia edir. Bunun səbəbi onların seçkilərdə uğur qazana bilməmələridir", - deyə nazir Soylu əlavə edib.

Qeyd edək ki, Türkiyədə mayın 14-də keçirilən prezident və parlament seçkilərində, ümumilikdə, 60 milyona yaxın insan iştirak edib.

Seçkilərdə Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan 49,50%, Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Kamal Kılıçdaroğlu 44,89 %, Ata İttifaqı namizədi Sinan Oğan 5,17%, Memleket Partiyasının namizədi Muharrem İncə isə 0,44% səs toplayıblar.

Prezident seçkilərində heç bir namizəd 50 %-dən çox səs toplamadığı üçün seçilmək hüququ qazanmayıb və 28 may tarixində Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti