...

YAP nümayəndə heyəti AK Parti rayon təşkilatında olub (FOTO)

Siyasət Materials 25 May 2023 14:44 (UTC +04:00)
YAP nümayəndə heyəti AK Parti rayon təşkilatında olub (FOTO)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

İstanbul. Trend:

Qardaş Türkiyə Respublikasında səfərdə olan Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti AK Parti Küçükçekmece rayon təşkilatının qərargahını ziyarət edib.

Trend-in məlumatına görə, AK Parti Küçükçekmece rayon təşkilatının sədri Receb Şencan və İstanbul 3-cü bölgə millət vəkili Şamil Ayrım ilə keçirilən görüşdə Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərindən danışılıb.

Görüşdən sonra media nümayəndələri üçün mətbuat konfransı keçirilib.

Mətbuat konfransında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Milli Məclisin deputatları Elşad Mirbəşiroğlu, Ceyhun Məmmədov, AK Parti Küçükçekmece rayon təşkilatının sədri Receb Şencan və İstanbul 3-cü bölgə millət vəkili Şamil Ayrım çıxış edərək iki ölkə arasında münasibətlərin tarixin ən yüksək zirvəsində olduğunu və bu əlaqələrin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Prezidenti İlham Əliyevin sayəsində daha da inkişaf edəcəyinə əminlik ifadə ediblər.

Sonda xatirə şəkli çəkdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti