Bakı. Trend:
Minalar ölkələrin inkişafına ciddi maneə törədir.
Trend-in məlumatına görə, bunu bu gün Bakıda keçirilən "Minalarla mübarizə - Dayanıqlı İnkişaf Məqsədlərinə gedən yol" mövzusunda beynəlxalq konfransın panel müzakirəsində Böyük Britaniya Parlamentinin üzvü Metyu Offord deyib.
O, bildirib ki, Vyetnamda, Kambocada olan mina problemi illər ərzində bu ölkələrin inkişafına ciddi problem yaradıb: "Ona görə də, haqlı olaraq minaların təmizlənməsi dayanıqlı inkişaf məqsədlərindən biridir. Eyni zamanda bu proses böyük maliyyə vəsaiti tələb edir. Mən təqdir edirəm ki, Azərbaycan hökuməti bu məsələni milli prioritetə çevirib. Ölkənin tərəqqisi üçün minaların təmizlənməsi vacibdir. Azərbaycan təcrübəsi digər ölkələr üçün nümunə ola bilər. Mən inanıram ki, Ukrayna minaların təmizlənməsi ilə bağlı Azərbaycanın yol xəritəsindən nümunə götürəcək".
O qeyd edib ki, digər əsas hədəf minalardan təmizlənmiş ərazilərdən istifadə, bu ərazilərdən faydalanmaqdır.
"Bizlər bu problemi həll etməli, gələcək nəsillər üçün saxlamalıyıq".