...

Kişinyovda müzakirə ediləcək əsas mövzular hansılardır?

Siyasət Materials 1 İyun 2023 09:22 (UTC +04:00)
Kişinyovda müzakirə ediləcək əsas mövzular hansılardır?
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Kişinyovda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında baş tutacaq görüş çox önəmlidir.

Bu barədə Trend-ə açıqlamasında ABŞ-nin Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.

“Aydındır ki, görüşdə müzakirə ediləcək ən əsas mövzulardan biri sülh razılaşmasıdır. Son bir neçə ayda ABŞ dövlət katibi Antoni Blinken və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin iştirak etdikləri iki ölkə arasında birbaşa danışıqlarda sülh razılaşması yolunda addımların olması olduqca müsbət sürpriz oldu.

Mənim fikrimcə, bu gün Kişinyovda baş tutacaq görüşdə sülh müqaviləsinin imzalanması mümkün görünmür. Bu görüş hər iki millətin liderinə münasibətlərin normallaşması yolunda problemlərin həlli üçün kömək olacaq. Düşünürəm ki, sülh razılaşması neytral bir ölkədə olmalıdır. Lakin ümumilikdə iki ölkə arasında sülh imzalanması Cənubi Qafqaza sabitlik, iqtisadi inkişaf gətirəcək", - deyə Metyu Brayza əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti