...

Azərbaycan və Ermənistanla bugünkü görüş çox vacibdir - Şarl Mişel (VİDEO)

Siyasət Materials 1 İyun 2023 13:07 (UTC +04:00)
Azərbaycan və Ermənistanla bugünkü görüş çox vacibdir - Şarl Mişel (VİDEO)
Emin Əliyev
Emin Əliyev
Bütün xəbərlər

Kişineu. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla bugünkü görüş çox önəmlidir.

Trend-in xüsusi müxbirinin məlumatına görə, bunu Azərbaycan jurnalistlərinə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel deyib.

“Bu gün vacib bir görüş olacaq. Bir neçə həftə əvvəl mənim Brüsseldə Azərbaycan və Ermənistan liderləri ilə görüşmək imkanım oldu. Biz müəyyən irəliləyiş əldə etmişik və ümid edirəm ki, bu görüş iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün ümumi siyasi iradənin bir daha təsdiqlənməsi üçün fürsət olacaq”.

Qeyd edək ki, “Avropa siyasi birliyi” 2-ci Zirvə toplantısı bu gün Kişineudan 35 kilometr aralıda yerləşən Mimi qəsrində başlayır.

Burada 47-yə yaxın dövlət və hökumət başçısı iştirak edir.

Sammitin əsas mövzuları sülh və təhlükəsizlik üçün birgə səylər, enerji davamlılığı və iqlim dəyişikliyi ilə mübarizə tədbirləri, daha sabit qitə üçün Avropada qarşılıqlı əlaqədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti