...

Qarabağda hay-həşir salanların Azərbaycan bayrağının altından "PARADI" (VİDEO)

Siyasət Materials 6 İyun 2023 16:48 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanın Qarabağ iqtisadi rayonunun erməni sakinləri dövlətlərarası sərhəddə yerləşən Laçın buraxılış məntəqəsini sərbəst şəkildə keçməkdə bu gün də davam ediblər.

Trend-in məlumatına görə, yeni yayılan kadrda onların keçidi prosedurunun Xankəndi-Gorus istiqamətində həyata keçirildiyi aydın görünür. Belə ki, Azərbaycanın Dövlət Sərhəd Xidmətinin bölmələrinin Laçın-Xankəndi yolunun başlanğıcında qurduğu sərhəd-buraxılış məntəqəsi vasitəsilə Qarabağın erməniəsilli sakinləri heç bir maneə ilə üzləşmədən növbəti dəfə Xankəndidən Ermənistana gediblər. Onların nəzarət-buraxılış məntəqəsindən rahat keçidi üçün bütün şəraitin yaradıldığı, təhlükəsizlikləri məsələsinə həssaslıqla yanaşıldığı diqqətdən yayınmır.

Maraqlısı burasındadır ki, kadrlardan da göründüyü kimi, bu dəfə Qarabağın erməni əhalisi arasından daha çox kişi xeylaqları diqqətə çarpır. Halbuki Azərbaycan tərəfi nəzarət-buraxılış məntəqəsi qurmamışdam öncə də, ondan sonra da Qarabağ erməniləri arasında Bakının qərarlarına sərt reaksiya verən yerli ermənilər az deyildi. Lakin bu günkü kadrladan belə aydın olur ki, artıq onlar da Azərbaycanın bölgədə yaratdığı yeni reallıqları qəbul etməkdən başqa çıxış yollarının qalmadığını anlayırlar.

Həmin videonu təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti