...

Kişinyovda Azərbaycan və Ermənistan arasında görüşün baş tutması çox mühüm idi - Kirill Qaburiç (ÖZƏL)

Siyasət Materials 7 İyun 2023 12:32 (UTC +04:00)
Kişinyovda Azərbaycan və Ermənistan arasında görüşün baş tutması çox mühüm idi - Kirill Qaburiç (ÖZƏL)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Şuşa. Trend:

Azərbaycan Prezidenti İlham Əliyevi Moldovada keçirilən Avropa Siyasi Birliyinin sammitində görməkdən məmnun olduq.

Bu barədə Trend-ə özəl açıqlamasında “Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və kapital” mövzusunda Şuşada keçirilən beynəlxalq konfransda iştirak edən Moldovanın sabiq baş naziri Kirill Qaburiç deyib.

“Kişinyovda keçirilən sammit çərçivəsində Azərbaycan və Ermənistan arasında görüşün baş tutması çox mühüm idi. İki ölkə arasında sülhün bərqərar olması vacibdir. Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağla bağlı çox gözəl planları var və bunlar həyata keçirilir. Burada yaşayacaq insanların həyat şəraitlərinin yüksəldilməsi, iş imkanları üçün hər şey edilir. Lakin işğal dövründə Qarabağın ermənilər tərəfindən minalanması bu prosesləri ləngidir”, - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti