...

Rusiya-Ukrayna müharibəsindən sonra Azərbaycan enerji sahəsində çox önəmli rol oynadı - Boris Tadiç

Siyasət Materials 7 İyun 2023 16:08 (UTC +04:00)
Rusiya-Ukrayna müharibəsindən sonra Azərbaycan enerji sahəsində çox önəmli rol oynadı - Boris Tadiç
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya-Ukrayna müharibəsindən sonra Azərbaycan enerji sahəsində çox önəmli rol oynadı.

Trend-in məlumatına görə, bu barədə Serbiyanın sabiq prezidenti Boris Tadiç Şuşada "Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və kapital" mövzusunda keçirilən beynəlxalq tədbirdə çıxışı zamanı deyib.

"Azərbaycan yalnızca yerli enerji təchizatçısı deyil, həmçinin Avropa üçün enerji təchizatında mühüm yer tutur ",- deyə o əlavə edib.

Qeyd edək ki, bu gün Şuşada Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və kapital" mövzusunda tədbir keçirilir.

Tədbirdə 30-a qədər sabiq dövlət və hökumət başçısı iştirak edir.

Beynəlxalq tədbir çərçivəsində keçirələcək panellərdə enerji, iqtisadiyyat, ətraf mühit və kapital, mədəni irs mövzularında müzakirələr aparılacaq.

İki gün davam edəcək tədbirin növbəti günü Gəncədə baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti