...

Urmiya gölünün qurudulmasında məqsəd azərbaycanlıları didərgin salmaqdır - TEBAREN rəhbəri (FOTO)

Siyasət Materials 7 İyun 2023 17:20 (UTC +04:00)
Urmiya gölünün qurudulmasında məqsəd azərbaycanlıları didərgin salmaqdır - TEBAREN rəhbəri (FOTO)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Topçubaşov Mərkəzində “Güney Azərbaycan məsələsi regional və beynəlxalq müstəvidə” adlı dəyirmi masa keçirilib.

Trend-in məlumatına görə, görüş zamanı Azərbaycanda səfərdə olan Təbriz Araşdırmalar İnstitutunun (TEBAREN) rəhbəri, Ankara Universitetinin müəllimi, türkoloq alim Məmmədrza Heyət və həmçinin Azərbaycan ekspert və akademik icmasının nümayəndələri Azərbaycan-Türkiyə münasibətlərində Güney Azərbaycan məsələsi, Güney Azərbaycanda ana dili və Urmiya gölünün quruması problemləri, həmçinin bu problemlərin regional və beynəlxalq müstəvidə işıqlandırılması müzakirə olunub.

M.Heyət Urmiya gölünün qurudulması məsələsinə toxunub. O qeyd edib ki, Urmiya gölünün İran tərəfindən qurudulması siyasi məsələyə çevrilib, məqsəd azərbaycanlıları didərgin salmaqdır.

“Urmiya gölünün qurudulması eyni zamanda ciddi ekoloji problemlər yaradır. Belə gedərsə, gələcəkdə gölün ətrafındakı bölgələr yaşamaq üçün əlverişli olmayacaq”, - deyə o əlavə edib.

Daha sonra tədbir sual-cavab formasında davam etdirilib.

Xəbər lenti

Xəbər lenti