...

İtaliya Azərbaycanın ədalətli mövqeyini həmişə dəstəkləyib - Muxtar Babayev

Siyasət Materials 8 İyun 2023 21:46 (UTC +04:00)
İtaliya Azərbaycanın ədalətli mövqeyini həmişə dəstəkləyib - Muxtar Babayev
Əsmər Bayramova
Əsmər Bayramova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan-Ermənistan münaqişəsi zamanı İtaliya həmişə Azərbaycanı dəstəkləyib.

Trend-in məlumatına görə, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev İtaliya Respublikası Gününə həsr olunmuş tədbirdə deyib.

“Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 2020-ci ildə öz ərazi bütövlüyünü bərpa edib. İstər münaqişə zamanı, istərsə də münaqişədən sonrakı dövrdə İtaliya həmişə ədalətli mövqe nümayiş etdirib”, - nazir bildirib.

M.Babayevin sözlərinə görə, təsadüfi deyil ki, Qərb dövlətləri arasında Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə ilk səfər edənlər məhz İtaliya rəsmiləri olub.

“Bundan başqa, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində fəaliyyətə başlamaq üçün ilk dəvət olunanlar arasında dost İtaliyadan şirkətlər olub”, - nazir əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti