Bakı. Trend:
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif 14-15 iyun tarixlərində Azərbaycana rəsmi səfər edəcək.
Bu barədə Trend-ə diplomatik mənbədən məlumat verilib.
Səfər çərçivəsində Baş naziri Azərbaycanla əməkdaşlıqda prioritet istiqamətləri təmsil edən nazirlər müşayiət edəcək.
Baş nazir əməkdaşlığın əsas istiqamətləri, o cümlədən ticarət, investisiyalar və energetika üzrə geniş danışıqlar aparacaq. Həmçinin qarşılıqlı maraq kəsb edən regional və qlobal məsələlər və çoxtərəfli forumlarda əməkdaşlıq müzakirə olunacaq.
(Tərcümə: Rəna Əbdürəhmanova)