...

Xarici səyyahların Ağdama səfəri başa çatıb (FOTO)

Siyasət Materials 14 İyun 2023 12:54 (UTC +04:00)
Xarici səyyahların Ağdama səfəri başa çatıb (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağdam. Trend:

14 ölkədən olan 35 nəfər səyyahın Ağdama səfəri başa çatıb.

Trend-in müxbirinin məlumatına görə, dünyanın 14 ölkəsini təmsil edən səyyahlar Ağdamda erməni vandalizminin şahidi olublar.

Qonaqlar Ermənistan silahlı qüvvələrinin Ağdam şəhərini işğalda saxladığı müddətdə törətdiyi vəhşilikləri gözləri ilə görüblər. Nümayəndə heyəti Ağdam şəhər Cümə məscidi, Ağdam Çörək muzeyinin qalıqları və Şahbulaq qalası ilə də tanış olublar. Daha sonra səyyahlar Tərtər rayonunun Suqovuşan qəsəbəsinə və Talış kəndinə yola düşüb.

Qeyd edək ki, dünya şöhrətli 4 əsas səyahətçilər şəbəkəsindən biri olan MTP (Most Traveled People) təşkilatının 14 ölkəni (ABŞ, Britaniya, Almaniya, Avstriya, İtaliya, İspaniya, Ukrayna, Rusiya, Türkiyə, Rumıniya, Filippin, Avstraliya, CAR və Santa Lusia) təmsil edən geniş heyətinin Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb.

Qrupa MTP-nin rəhbəri, dünyanın səyyah elitasında böyük nüfuza sahib Charles Veley başçılıq edir. Heyət 4 gün ərzində avtomobil yolu ilə Ağdam-Tərtər-Kəlbəcər-Laçın-Qubadlı-Zəngilan-Cəbrayıl-Füzuli-Xocavənd-Şuşa xətti üzrə hərəkət edəcək.

Səfər həm də işğaldan azad edilmiş ərazilərin "black tourism" çərçivəsində tanıdılması üçün mühüm əhəmiyyət daşıyır.

Ötən 2 ildə dünyanın əsas beynəlxalq səyahətçilər şəbəkələrinin - ETIC, MTP, TCC, NomadMania və əksəriyyəti bu klubların üzvləri olan türklərin birləşdiyi Türkiyə Gəzginlər Klubunun, Böyük Britaniyanın "Piki Reels", İsveçin "Club 100" klublarının geniş tərkibdə heyətləri 7 dəfə Qarabağ və Şərqi Zəngəzurda olub. Onlardan 1-i 2021-ci ildə, 4-ü isə 2022-ci ildə, 2-si isə 2023-cü ildə olub. Bu, sayca 8-ci analoji səfərdir.

Qarabağ və Şərqi Zəngəzura intensivləşən dünya səyyahların səfərləri Azərbaycanın cəmi 44 günə azad etdiyi torpaqlarda qısa müddətdə həyata keçirdiyi nəhəng quruculuq, bərpa işlərinə olan yüksək marağı nümayiş etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti